Moskvada kütləvi dava: yaralılar var

Moskvada kütləvi dava: yaralılar var


Rusiya paytaxtı Moskvanın cənubunda təxminən 50 nəfərin iştirak etdiyi kütləvi dava baş verib. GUNDEMİNFO.AZ azvision.az-a istinadən bildirir ki, bu barədə `İnterfax`a Rusiya DİN-indən olan mənbə bildirib.

Mərkəzi Asiyadan olan şəxslərin münaqişəsi Qafqaz bulvarı, ev 52 rayonu ərazisində baş verib. "Şəxslər arasında məişət zəminində münaqişənin baş verməsi müəyyənləşdirilib", - deyə hüquq-mühafizə orqanının əməkdaşı bildirib. Onun sözlərinə görə, iki nəfər müxtəlif dərəcəli sınıq xəsarəti alıb. Hadisə yerinə gələn polis əməkdaşları 28 nəfəri saxlayıb. Dava iştirakçıları DİN-in bölmələrinə gətiriliblər. Hazırda polis hadisənin baş vermə səbəbini araşdırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
806 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...