Putini təhqir edənlər cəzalandırılacaq – SSRİ dövrünə qayıdış

Putini təhqir edənlər cəzalandırılacaq –


Rusiya Dövlət Dumasında “Rusiya prezidentinin şərəf və layəqətinin müdafiəsi haqqında”qanun layihəsi hazırlanır. AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ideyanın müəllifi deputat Roman Xudyakovdur. Millət vəkili 1990-cı ildə SSRİ-də qəbul edilmiş məşhur “SSRİ prezidentinin şərəf və layəqətinin müdafiəsi barədə”qanundan ilhamlandığını etiraf edib.

Məlumata görə, deputatı belə bir addım atmağa onun “Youtube”da Rusiya prezidentinin ünvanına işlədilən birbaşa təhqirləri əks etdirən videolarla tanışlığı təhrik edib. Qanun layihəsini hazırlamaqdan əlavə deputat onu heyrətləndirən videoçarxlarla bağlı cinayət işi başladılması müraciətiylə ölkənin Baş prokuroru Yuri Çaykaya və Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə müraciət edib.

Xudyakov hesab edir ki, sözügedən kontent birbaşa RF-nın Cinayət Məcəlləsinin “Hakimiyyət nümayəndəsinin təhqiri” maddəsinə uyğun gəlir. “Seçicilərim mənə təhqiramiz videonun linkini göndərərək belə bir çarxın nə üçün sərbəst girişi olması ilə maraqlanmağımı xahiş etdilər. Mən videoçarxa baxanda olduqca hiddətləndim. “Youtube” portalında prezident Vladimir Putini təhqir edən çarx yerləşdirilib”, - deyə millət vəkili bildirib.

Qeyd edək ki, Rusiya Federasiyasının Cinayət Məcəlləsində ölkənin başçısı da daxil olmaqla istənilən məmurun şərəf və layəqətinin təhqir edilməsinə görə 1 ilə qədər islah işlərinə cəlb olunma və müxtəlif cəzalar nəzərdə tutulur. Lakin deputat məhz prezidenti təhqir edən şəxslərin daha sərt şəkildə cəzalandırılmasını təklif edir.

Onu da qeyd edək ki, Xudyakovun istinad etdiyi SSRİ prezidentinin şərəf və layəqətinin müdafiəsi barədə köhnə qanun “SSRİ prezidentinin şərəf və layəqətinə xələl gətirməyə görə” 3 ilə qədər, KİV-lər vasitəsilə edildikdə isə 6 ilə qədər azadlıqdan məhrum etmə cəzasının nəzərdə tuturdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
831 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...