Fidel Kastro: "Obamanı dinləyən zaman adam infarkt ola bilər"

Fidel Kastro: "Obamanı dinləyən zaman adam infarkt ola bilər"

Kuba inqilabının lideri Fidel Kastro ABŞ prezidenti Barak Obamanın iki ölkənin yaxınlaşması barədə sözlərinə skeptik yanaşıb. Qeyd edək ki, amerikalı lider Kubaya ötən həftə etdiyi səfəri zamanı bildirib: “soyuq müharibə” bitib və Vaşinqton Havana dost əlini uzadır. Virtualaz.org RİA-Novosti-yə istinadən bildirir ki, bu gün isə Kastro bununla bağlı “Granma” qəzetində “Qardaş Obama” adlı məqalə ilə çıxış edib.

Məqaləsində Kastro Obamanın sözlərini ironiya ilə “bal ayında verilən vəd” adlandırıb. “ABŞ prezidentini dinləyən zaman adam infarkt ola bilər”, - deyə Kastro ABŞ rəhbərliyinin 60 il ərzində Kuba hökumətinə qarşı düşmən hərəkətlərini sadalayaraq yazıb. “Bu nəcib və fədakar xalqın öz şöhrət və hüquqlarından imtina edəcəyinə dair illüziyaya qapılmaq lazım deyil. Biz özümüz ehtiyacımız olan ərzaqları istehsal etməyə hazırıq. İmperiyanın verdiyi hədiyyələrə ehtiyacımız yoxdur”, - deyə məqalədə Kuba lideri vurğulayıb.

Xatırladaq ki, Vaşinqton və Havana keçən ilin iyul ayında diplomatik münasibətləri bərpa ediblər və ABŞ 54 illik fasilədən sonra səyahət və ticarət qadağalarını aradan qaldırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
755 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...