Avropa Oyunlarına 25 erməni gələcək - , xərcini oliqarx Qaqik Tsarukyan ödəyəcək

Avropa Oyunlarına 25 erməni gələcək -

Ermənistanı Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında 25 idmançı təmsil edəcək.

Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Olimpiya Komitəsinin katibi Qraçya Rüstəmyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, erməi idmançılar taekvando, atıcılıq, sambo, dzüdo, boks, sərbəst güləş və yunan-roma güləşi üzrə yarışacaqlar.

“Hazırda təhlükəsizlik və təşkilati məsələlərlə bağlı heç bir problem yoxdur. İdmançıların birinci qrupu Bakıya iyunun 10-da yola düşəcək. Erməni nümayəndə heyətinin iştirakı ilə bağlı bütün maliyyə məsələlərini Milli Olimpiya Komitəsinin prezidenti Qaqik Tsarukyan həll edib, baxmayaraq ki, Azərbaycan tərəfi əvvəlcədən bütün iştirakçıların xərclərinin ödəniləcəyini bildirib”- deyə Rüstəmyan bildirib.

Q.Rüstəmyan əlavə edib ki, erməni nümayəndə heyətinə o rəhbərlik edəcək.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1427 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...