Ermənistanın Qarabağda 300 hərbçisi ölüb - KİV

Ermənistanın Qarabağda 300 hərbçisi ölüb -


Ermənistan qoşunların təmas xəttində gedən döyüşlərdə ölən daha dörd hərbçinin adını açıqlayıb. AzVision.az-ın “news.am” saytına istinadən verdiyi məlumata görə, cəbhədə ölən hərbçilər 1996-cı il təvəllüdlü Rafik Akopyan, 1996-cı il təvəllüdlü Narek Mkrtçyan, 1997-cı il təvəllüdlü Sarkis Saakyan və 1996-cı il təvəllüdlü Aram Abramyandır.

Ermənistanın Qarabağda 300 hərbçisi ölüb -


Erməni mətbuatından yer alan məlumatlara görə, ölən hərbçilərinin sayı 300-dən çoxdur. Qeyd olunub ki, cəbhədə gedən döyüşlərdə Ermənistan tərəfi 29 nəfərin ölməsi, 28 nəfərin itkin düşməsi, eləcə də 14 tank, 4 BMP-nin məhv edilməsi barədə rəsmi bəyanat yayıb:

“Amma rəsmi məlumatlar bir-birini təkzib edir. Məsələn, zirehli texnikaların ekipajları (hər birində azı 3 nəfər), artilleriya qurğularına cavabdeh olanlar və ön cəbhədə olan şəxsi heyət hara yoxa çıxıb? Bu kimi suallar real rəqəmlər haqqında düşünməyə vadar edir. Əgər nəzərə alsaq ki, bir tankda 3 nəfər olur və 14 tank vurulub. Bu isə 42 edir. Əlbəttə, ölkə rəhbərliyi arzuladıqlarını reallıq kimi təqdim etməklə siyasi sabitliyi və ölkədəki hakimiyyəti qorumağa çalışır.” - deyə Ermənistan KİV-i yazıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
797 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...