Bleyer istefa verdi

Bleyer istefa verdi

Böyük Britaniyanın eks-baş naziri Toni Bleyer Yaxın Şərq üzrə “Kvartet”in (Rusiya, BMT, Aİ, ABŞ) xüsusi nümayəndəsi vəzifəsindən istefa verib.

“Qaqazinfo” xəbər verir ki, Yerusəlimdəki mənbələrin məlumatına görə, Bleyer istefası ilə bağlı BMT-nin baş katibi Pan Qi Muna ərizə ilə müraciət edib.

Bəzi mənbələr keçmiş baş nazirin bu qərarını onun səlahiyyətlərinin azaldılmasından keçirdiyi sarsıntı ilə əlaqələndirirlər. Bleyer bu vəzifəni 2007-ci ildən (8 il) icra edirdi.

Qeyd edək ki, Britaniya mətbuatı məlum istefa ilə bağlı martdan başlayaraq xəbərlər verirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1300 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...