İsrail Azərbaycana yeni dronlar satacaq

İsrail Azərbaycana yeni dronlar satacaq


Yaxın günlərdə İsrail tərəfindən Azərbaycana yeni pilotsuz uçuş aparatlarının satışı planlaşdırılır.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə İsrailin Merets Partiyasının rəhbəri Zexava Qalonun bu ölkənin müdafiə naziri Moşe Yalona göndərdiyi etiraz məktubunda bildirilir. Qalon məktubunda müdafiə nazirini silah satışını dayandırmağa çağırıb: "Ermənistan və Azərbaycan İsrail üçün dost ölkələrdir. İsrail silahlarının Dağlıq Qarabağ müharibəsində tətbiq edilməsi qəbuledilməzdir”. Qalon vurğulayıb ki, Azərbaycan və İsrailin silah razılaşmalarının ümumi dəyəri 5 milyard dollar təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
785 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...