Kerri: “Rusiya təyyarələrini vurmaq haqlı olardı”

Kerri: “Rusiya təyyarələrini vurmaq haqlı olardı”


ABŞ hərbçiləri Baltik dənizindəki hərbi gəmilərdən birinə çox yaxın uçan Rus təyyarələrini vurmaq hüququna malik idi, - dövlət katibi Kerri deyib. Rusiyanın iki hərbi təyyarəsi bazar ertəsi günü gəminin bir neçə metrliyindən uçub, ABŞ rəsmiləri bildirib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Su-24 qırıcıları USS Donald Cuk gəmisini izlədikdən sonra "tam təhlükəsiz məsafədə dönərək geri uçub." Cənab Kerri bu jesti tənqid edərək bildirib ki, Moskva ilə əlaqə saxlanılıb. "Biz bu cür hərəkətləri pisləyirik", o, Mayami Herald və CNN Espanol-a birgə müsahibəsində deyib. "Bu, düşüncəsizlikdir. Bu, təxribatdır. Bu, qorxuludur. Həm də hərbi əməliyyatların aparılma qaydalarına görə onlar səmada vurula bilərdi." O əlavə edib ki, ABŞ "açıq dənizdə hədə-qorxu gəlmək istəmir" və bu cür təhlükəli jestlə bağlı Rusiyaya mesaj göndərilib.

Hərbi əməliyyatlarda fərdi NATO üzvlüyü qaydaları təşkilatın öz prinsiplərinə əsaslanaraq aydın şəkildə müəyyən etməlidir ki, "təxribat xarakterli ola biləcək davranış" hansılardır.
Həmin əməliyyatların aparılma qaydaları "tələb edir ki, komandirlər bütün səviyyələrdə əhəmiyyətli qərar versinlər", - NATO deyir. Cənab Kerri ABŞ Hərbi Dəniz Donanmasının qırıcılara atəş açmamasının səbəbini dəqiqləşdirməyib. Rusiya reaktiv təyyarələri o qədər yaxın uçublar ki, gəminin ətrafında su dalğalanıb. Rusiya reaktiv təyyarələri o qədər yaxın uçublar ki, gəminin ətrafında su dalğalanıb. İki Rusiya təyyarəsi, demək olar ki, on dəfə ABŞ-ın raket mina gəmisinin yaxınından uçub, ABŞ rəsmiləri bildirir.

Reaktiv təyyarələr bir anlıq gəmilərə 9 metr yaxınlığından uçaraq gəminin ətrafında suyu dalğalandırıb. Gəmi Rusiya Hərbi Dəniz Qüvvələri bazasına çox yaxın üzürdü, Rusiya müdafiə naziri deyib. "Gəmini müəyyən edəndən sonra Rusiya pilotları həmin gəmidən tam təhlükəsiz məsafədə dönərək geri uçub."

"Rusiya təyyarələri uçuşları neytral su üzərində hava məkanından istifadənin beynəlxalq qaydalarına ciddi riayət edir". USS Donald Kuk gəmisinin komandiri uçuşları "süni hücum" kimi qeyd edib. Uçuşlar "təhlükəli, potensial təxribat xarakterli" olub və "hər hansı qəzaya səbəb ola bilərdi", rəsmilər şərh edib. Baş vermiş hadisə dənizdə təhlükəli halların qarşısını almaq üçün 1970-ci ildə əldə olunan sazişi pozmuş ola bilər, ancaq ABŞ-ın hələ bununla bağlı etiraz edib-etməyəcəyi bəlli deyil.

Təyyarələr ingilis və rus dillərində edilən təhlükəsizlik xəbərdarlıqlarına cavab verməyib.Təyyarələr ingilis və rus dillərində edilən təhlükəsizlik xəbərdarlıqlarına cavab verməyib. Görüntülərə əsasən, Rusiya hərbi təyyarələri yeddi dəfə gəminin yaxınlığından uçub. Rusiya hərbi təyyarələri uçduğu ərəfədə USS Donald Kuk hərbi gəmisində Allied hərbi təyyarələri ilə göyərtəyə eniş təlimləri həyata keçirilirdi, ABŞ-ın Avropa Komandanlığı bildirib.

Reaktiv təyyarələr ərazini tərk edənə qədər təlimlər dayandırılıb.

Növbəti gün Rusiyanın KA-27 helikopteri alçaq səviyyədə gəmi ətrafında bir neçə dəfə dövr vurub.

Təyyarə ingilis və rus dillərində edilən təhlükəsizlik xəbərdarlıqlarına da cavab verməyib (BBC).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
846 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...