ABŞ-da 40 milyon üçün dilənən ermənilər

ABŞ-da 40 milyon üçün dilənən ermənilər

Amerikanın Erməni Milli Komitəsi bunun üçün yeni metoda əl atıb. Amerikanın Ermənistana və Dağlıq Qarabağa maliyyə yardımı göstərməsi geniş şəkildə müzakirə olunacaq.

ANS PRESS-in məlumatına görə, bu məsələ ilə bağlı ABŞ Konqresinin Nümayəndələr Palatasının dövlət, xarici əməliyyatlar və təsisatlar üzrə Alt Komitəsinin üzvləri bu həftə müzakirələrə başlayacaqlar. Onlar indidən 2016-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsini hazırlayacaqlar.

Amerikanın Erməni Milli Komitəsi indidən əndişəyə düşüb və dilənçilik payının artırılması üçün dəridən-qabıqdan çıxır. Belə ki, erməni dilənçiləri narahatlıq keçirirlər ki, görəsən, qanun layihəsinin mətni necə olacaq, ayrılan yadım əvvəlkindən çox, yoxsa az olacaq?. Amma Alt Komitə hələ bu məsələlərə aydınlıq gətirməyəcək. Bununla bağlı səsvermə bu həftənin 3-cü günü olacaq. Ona görə amerikalı ermənilər ABŞ-dakı bütün dostlarına müraciət ediblər ki, qanunvericiləri ələ alsınlar, onlarla təmas qursunlar ki, Ermənistan və Dağlıq Qarabağ üçün yardımın həcminin artırılması üçün dəstək versinlər.

ABŞ-ın erməni təşkilatı Ermənistanın iqtisadi inkişafı üçün 40 milyon, Dağlıq Qarabağın inkişafı üçün isə ən azı 5 milyon dollarlıq yardıma nail olmağa çalışır, Azərbaycana isə heç bir yardımın göstərilməməsi üçün canfəşanlıq edir. Yalan məlumatlar verirlər ki, guya ATƏT-in Minsk qrupunun çağırışlarına məhəl qoymayan, zorakılıqdan imtina etməyən, münaqişənin sülh yolu ilə nizamlanması haqqında öhdəliyi yerinə yetirməyən bizik və buna görə Alt Komitə üzvləri səs verməsinlər.

Bax, erməni həyasızlığı buna deyilir. Oğru elə bağırır ki, doğrunun bağrı çatlayır. Heç kim üçün sirr deyil ki, ATƏT-in Minsk qrupunun çağırışlarına məhəl qoymayan, zorakılıqdan, işğalçılıqdan imtina etməyən Ermənistandır, münaqişənin sülh yolu ilə həllini istəməyən, bununla bağlı beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan, Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməyən məhz Ermənistandır. Belə olan halda, həyasız ermənilər növbəti dəfə söylədikləri yalanlara Amerika ictimaiyyətini inandırmağa cəhd göstərirlər. Amma unudurlar ki, indi beynəlxalq aləm həyasızlığa, yalan məlumatlara yox, əsl həqiqətə, inkişafa, tərəqqiyə və xalqa arxalanan düzgün siyasətə daha çox önəm verir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1144 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...