İsfahanda İsrailin PUA istehsal edən sexi aşkarlandı

İsfahanda İsrailin PUA istehsal edən sexi aşkarlandı

İranın hüquq-mühafizə orqanları İsfahan əyalətində İsrailin pilotsuz təyyarələr istehsal edən sex aşkarlayıb.

Axar.az xəbər verir ki, bu barədə İsfahan polisinin nümayəndəsi, general Məhəmməd Rza Həşimifar məlumat verib.

“Polis əməkdaşları genişmiqyaslı araşdırma apardıqdan sonra sexi aşkar ediblər. Polisin koordinasiyalı əməliyyatı nəticəsində İsrailin dörd şübhəlisi və agenti saxlanılıb”, - Həşimifar bildirib.

Məlumata görə, hadisə yerindən pilotsuz təyyarələrin yığılması üçün avadanlıq və hissələr, həmçinin partlayıcı maddələr aşkar edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
27 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...