Bəşər Əsəd Trampla əməkdaşlıq etməyə həvəslidir

Bəşər Əsəd Trampla əməkdaşlıq etməyə həvəslidir


Suriya prezidenti Bəşər Əsəd ABŞ-nın yeni seçilmiş prezidenti Donald Trampın ölkəsinin terrorçuluğa qarşı apardığı mübarizədə müttəfiqi olacağına ümid edir.

“RİA Novosti” xəbər verir ki, bunu o, Yaponiyanın TBS telekanalına müsahibəsində deyib.

“Biz ümid edirik ki, ABŞ-ın yeni administrasiyası terrorçuluqla bağlı verdiyi bəyanatlarda səmimidir, çünki bu problem təkcə Yaxın Şərqdə yox, bütün dünyada var. Düşünürük ki, Tramp administrasiyasının regionda terrorçuluqla mübarizədə gerçək koalisiyanın yaradılması barədə bəyanatları səmimi idi. Əlbəttə ki, bu koalisiyaya Suriya da daxil olmalıdır", - deyə o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1090 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...