ABŞ-da iki dəfə səs vermiş qadın 8 il həbs oluna bilər

ABŞ-da iki dəfə səs vermiş qadın 8 il həbs oluna bilər

ABŞ-da səs verdiyi üçün imiqrantı mühakimə edəcəklər. ABŞ-ın Texas ştatında Meksikadan olan imiqrantın seçkilərdə hüququ çatmadığı təqdirdə iki dəfə səs verməsi üzə çıxıb. Buna görə o, 8 ilini həbsxanada keçirə bilər. Bu barədə The New York Times qəzeti yazıb. Roza Mariya Orteqa ABŞ-da “Green card”la yaşayıb. O, 2012-ci ildə prezident və aralıq seçkilərində səs verib.

Bu həftə ABŞ-da polis reydi zamanı ölkədə qeyri-qanuni yaşayan yüzlərlə imiqrant saxlanıb. Ölkənin milli təhlükəsizlik nazirliyi bunu mütəmadi keçirilən əməliyyat adlandırıb. Yanvarın 26-da ABŞ prezidenti Donald Trump qeyri-leqal imiqrasiya ilə mübarizə üçün sərəncam imzalayıb. ABŞ və Meksika sərhədlərində divar hörülməsi məsələsi ortaya çıxıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
811 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...