Oskanyanın oğlu həbs edildi – Sərkisyandan revanş

Oskanyanın oğlu həbs edildi – Sərkisyandan revanş

Dünən dələduzluq və insan oğurluğu şübhəsi ilə İrəvanda Ara Oskanyan həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan İstintaq Komitəsi yayıb. Komitə adını çəkmədiyi şəxsdən Oskanyanın hədə-qorxu yolu ilə 1,5 milyon dram borcu geri almaq istədiyini bildirib.

Qeyd edək ki, Ara Oskanyan Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın oğludur. Oskanyan aprel ayında keçiriləcək parlament seçkisinə aktiv hazırlıq aparır. O, keçmiş müdafiə naziri Seyran Ohanyan və keçmiş xarici işlər naziri Raffi Ovanisyanla birgə Ohanyan-Ovanisyan-Oskanyan blokunu formalaşdırıb.

Bu blok hakim Respublika Partiyasının əsas rəqibi sayılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
881 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...