23 fevral hansı ölkələrdə qeyd olunur?

23 fevral hansı ölkələrdə qeyd olunur?


Fevralın 23-ü SSRİ-də ordu günü kimi qeyd olunurdu. Həmin gün Bakıdan Vladivostoka, Kalininqraddan Daşkəndə qədər nəhəng Sovet ölkəsinin vətəndaşları bir-birini təbrik edirdilər.

Bu bayramın tarixi 1918-ci ilin 23 fevralında baş verən hadisələrlə bağlıdır. Həmin tarixdə yenicə formalaşmaqda olan Qırmızı Qvardiya hissələri (gələcək Qırmızı Ordu) Pskov yaxınlığında almanlarla üz-üzə gəlmişdi. QırmızıQvardiya ilk dəfə iştirtak etdiyi döyüşdə almanların hücumunu müvəffəqiyyətlə dəf edə bilmişdi. Məhz bu ilk qələbə 1923-cü ildə Sovet İttifaqı qurulduqdan sonra Qırmızı Ordunun yarandığı gün kimi qeyd olunmağa başlandı.
1923-1946-cı illərdə 23 fevral bayramı “Qırmızı Ordu və Donanma Günü”, 1946-1993-cü illərdə isə “Sovet Ordusu və Hərbi Dəniz Donanması Günü” kimi qeyd olunmağa başladı.

Sovet İttifaqının dağılmasından sonra müttəfiq respublikaların əksəriyyəti öz milli Ordu Günü-nü qeyd etməyə başlasalar da, bəzi ölkələr sovet ənənəsini qoruyub-saxladılar. Belə ki, bu gün Rusiyada “Vətən Müdafiəçiləri Günü” adı ilə dövlət bayramıdır. Bundan başqa, Belarus, Qırğızıstan və Tacikistan da 23 fevralı qeyri-iş günü kimi rəsmi səviyyədə qeyd edir.

Azərbaycanın da daxil olduğu digər postsovet respublikalarında isə 23 fevral günü əhalinin bir hissəsi tərəfindən bayram kimi qeyd edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
934 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...