Çində hoteldə yanğın baş verib, ölən və xəsarət alanlar var

Çində hoteldə yanğın baş verib, ölən və xəsarət alanlar var


Çinin Nançan şəhərində hoteldə baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, yanğın tam söndürülüb

Yanğının söndürülməsində 19 yanğınsöndürən maşın və 160 nəfər iştirak edib.

Hadisənin səbəbləri araşdırılır.


***

06:11

Çinin Nançan şəhərində hoteldə yanğın baş verib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər, polis və təcili yardım maşınları cəlb olunub.

İlkin məlumata əsasən, yanğın hoteldə təmir işləri aparılarkən əmələ gəlib. Hadisə zamanı hoteldə neçə nəfərin olduğu məlum deyil. İnsident nəticəsində insan itkisinin olduğu istisna edilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
769 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...