İran ordusu Hind okeanında irimiqyaslı təlimlərə başladı

İran ordusu Hind okeanında irimiqyaslı təlimlərə başladı


İran Hərbi dəniz qüvvələri bu gün səhər Hind okeanının şimalında "Vilayət-95" adlı irimiqyaslı hərbi təlimlərə başlayıb.

gundeminfo.az virtualaz.org-a istinadən bildirir ki, təlimlərə İran HDQ komandanı, kontr-admiral Həbibulla Səyyarinin əmri ilə start verilib. Hərbi təlimlərdə kəşfiyyat əməliyyatları, taktiki manevrlər, habelə xilasetmə əməliyyatlarının keçirilməsi nəzərdə tutulur.

Müdafiə əməliyyatı çərçivəsində İran istehsalı olan hərbi texnikadan, o cümlədən sualtı qayıqlar və helikopterlərdən istifadə olunacaq.

İran HDQ komandanlığı təlimdə iştirak edəcək hərbçi və silahların sayı barədə məlumat verməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
739 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...