İrəvanda hakimiyyət əleyhinə yürüş keçirilir - CANLI YAYIM

İrəvanda hakimiyyət əleyhinə yürüş keçirilir -


Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə yürüş keçirilir. AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yürüş müxalif “Yelk” ittifaqı tərəfindən təşkil olunub. Yürüşün keçirilməsində məqsəd 2008-ci il prezident seçkilərindən sonra İrəvanda baş verən iğtişaşlar zamanı "günahsız" ermənilərin öldürülməsi və günahkarların hələ də cəzalandırılmamasıdır.

İştirakçılar iğtişaşların baş verməsinə görə, günahkarların cəzalandırılmasını tələb ediblər. Bundan əlavə Ermənistanın Milli Konqresi saat 18:00-a mitinq təyin edib. Qeyd edək ki, İrəvanda 2008-ci il martın 1-də olan iğtişaşlar zamanı 8 nümayişçi və hüquq-mühafizə orqanlarının 2 əməkdaşı ölüb. Konstitusiyaya zidd olsa da, bu əməliyyatlara ordu da cəlb edilib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
696 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...