Vladimir Putin: “Donald Trampla görüşməyə hazıram”

Vladimir Putin: “Donald Trampla görüşməyə hazıram”


Rusiya Prezidenti Vladimir Putin Finlandiyada keçiriləcək Arktika sammitində ABŞ Prezidenti Donald Trampla görüşməyə hazır olduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti bunu Arxangelsk şəhərində keçirilən Arktika forumunda jurnalistlərin suallarını cavablandırarkən deyib.

O hesab edir ki, Helsinki görüş üçün uyğun yerdi: “Fikrimcə, Finlandiya uyğun dövlət, Helsinki isə belə tədbirlərin təşkili üçün uyğun yerdir. Ancaq buna hər iki tərəf yaxşı hazırlaşmalıdır. Əgər bu baş versə, biz o tədbirdə iştirakdan şad olarıq və mən də ora məmnuniyyətlə qatılaram. Firkimcə, bu baş tutmazsa “iyirimiliyin” yığıncağında (bu ilin iyulunda Almaniyada keçiriləcək- “Report”) adi görüş çərçivəsində də belə bir görüş baş tuta bilər”.

Qeyd edək ki, Arktika sammiti bu ilin mayında Finlandiyada keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
709 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...