“ Milyonlarla insan öləcək ” – TRAMPDAN XƏBƏRDARLIQ

“ Milyonlarla insan öləcək ” –

Şimali Koreya nüvə proqramına son qoymayacağı halda bu ölkəyə hərbi müdaxilə edilə bilər. Bunu ABŞ prezidenti Donald Tramp CBS televiziyasına müsahibəsində deyib.

Tramp qeyd edib ki, Şimali Koreyanın nüvə sınaqlarını davam etdirməsi ABŞ-ı “çox da xoşbəxt” etməyəcək. Dövlət başçısı başlayacaq bir müharibə milyonlarla adamın ölə biləcəyi barədə xəbərdarlıq edib. Çinlə ticarət sahəsində əməkdaşlığa yüksək əhəmiyyət verdiyini deyən Tramp Koreya böhranın həllində Pekinin rolunu xüsusi vurğulayb. “Şimali Koreya bəlkə də, ticarətdən daha əhəmiyyətli bir mövzudur. Bəli, ticarət əhəmiyyətlidir.

Amma böyük bir müharibədə bəlkə də milyonlarla insan ölə bilər. Bu, ticarəti kölgədə qoya bilər”, - ABŞ prezidenti vurğulayıb. Şimali Koreyanın hərəkətlərini “bir şahmat yarışı” adlandıran prezident ümid etdiyini bildirib ki, Çin Pxenyanı nüvə silahına sahib olmaq arzusundan imtina etməyə razı salacaq.(publika.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
854 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...