Tramp İsraildə səfərdədir

Tramp İsraildə səfərdədir


Xaricə ilk səfərinin növbəti mərhələsində ABŞ prezidenti Donald Tramp İsrail və Fələstin ərazisindədir.

Cənab Tramp ABŞ-ın regionda əsas müttəfiqlərindən biri olan Səudiyyə Ərəbistanda keçirilən zirvə görüşündə bir çox İslam ölkələrinin liderlərinə verdiyi çıxışdan sonra İsrailə təyyarə ilə uçub.

Prezident Tramp iki günlük səfərində İsrail və Fələstin liderlərilə danışıqlar keçirmək niyyətindədir.

O, İsrail və Fələstin arasında potensial sülh müqaviləsini "ən əhəmiyyətli müqavilə" adlandırıb, lakin bu razılığın nə formada olacağını dəqiqləşdirməyib.

Trump razılığın iki tərəf arasında keçirilən danışıqlar nəticəsində əmələ gəlməsinə üstünlük verdiyini deyib (BBC).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
775 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...