Tramp-Putin görüşü baş tutacaqmı?

Tramp-Putin görüşü baş tutacaqmı?


Ağ Ev ABŞ prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin Almaniyada keçiriləcək “Böyük İyirmilik” (G 20) sammiti çərçivəsində mümkün görüşü barədə məlumatı təsdiqləməyib

Azvision.az xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Lindsi Uolters bildirib.

O hazırda bu barədə bir söz deyə bilməyəcəyini deyib.

Bu arada Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə belə bir görüşün planlaşdırılmadığını bildirib.

Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda prezidentlərin iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək sammit zamanı görüşəcəyi deyilirdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
729 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...