Telman İsmayılovun 2 evinə həbs qoyuldu

Telman İsmayılovun 2 evinə həbs qoyuldu

Moskva arbitraj məhkəməsi iş adamı Telman İsmayılovun iki evinə həbs qoyub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, ümumi sahəsi 292 kvadrat metr olan altı və beş otaqlı evlər Kutuzov prospektində yerləşir.

Həmin daşınmaz əmlaklar Fransada doğulan iş adamının 2005-ci il təvəllülü nəvəsinin adına qeydiyyatda olub.

Qeyd edək ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi bu ilin martında Telman İsmayılovu müflis elan edib. Moskva məhkəməsi onun əmlakının satışa çıxarılması proseduruna start vermişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
802 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...