"Kaxa Kaladze birinci turda Tbilisinin meri seçiləcək" -

"Kaxa Kaladze birinci turda Tbilisinin meri seçiləcək" -

Gurcüstanın hakim "Gürcü arzusu-demokratik Gürcüstan" Partiyasının Siyasi Şurasının iyulun 1-də keçirilən iclasında baş nazirin müavini, energetika naziri Kaxa Kaladzenin namizədliyi Tbilisi şəhərinin meri vəzifəsinə irəli sürülüb.

Bunu "Report"un Gürcüstan bürosuna müsahibəsində parlamentin deputatı Mahir Dərziyev bildirib.


M.Dərziyev deyib ki, K.Kaladze Gürcüstanın ictimai-siyasi həyatında böyük nüfuza malik siyasətçidir: "Onu təkcə Gürcüstanda deyil, dunyada, eləcə də qardaş Azərbaycanda da yaxşı tanıyırlar. O, bütun sahələrdə özünü dogruldub və Tbilisi şəhərinin meri vəzifəsinə də layiq olduğunu sübut edib".

Deputatın sözlərinə görə, digər partiyalar da Tbilisi şəhərinin meri vəzifəsinə öz namizədlərinin adlarını açıqlayıblar. Lakin onların içərisində bu vəzifəyə ən layiqli namizəd Kaladzedir: "Mən əminəm ki, Kaxa Kaladze bu seçkilərdə elə birinci turda qalib gələcək".

Qeyd edək ki, bu ilin oktyabrında Gürcüstanda yerli özünü idarəetmə orqanlarına seçkilər keçiriləcək. Bu seçkilərdə bələdiyyələrlə yanaşı Tbilisi şəhərinin meri də seçiləcək. Yeni qanunvericiliyə əsasən Tbilisi şəhərinin meri 4 illiyinə seçiləcək. Seçkilərin vaxtını Gürcüstan prezidenti yaxın vqxtlarda elan edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
968 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...