ABŞ Polşaya 7,5 milyardlıq “Patriot” satır

ABŞ Polşaya 7,5 milyardlıq “Patriot” satır

Polşa Milli Müdafiə Nazirliyi ilə Pentaqon arasında “Patriot” hava hücumundan müdafiə sistemlərinin Polşaya çatdırılması barədə müqavilə imzalanıb.

AzVision.az “Ria-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Varşavada keçirilən brifinqdə Polşanın müdafiə naziri Antoni Maçereviç bildirib. Maçereviçin sözlərinə görə, “Patriot” sistemləri ən yeni IBCS atəş sistemi ilə təchiz ediləcək. Polşa 8 “Patriot” batareyasının alınmasına təxminən 7,5 milyard dollar xərcləyəcək.

Nazirin sözlərinə görə, bu komplekslər Polşanın istənilən düşmən qarşısında təhlükəsizliyini təmin edəcək və Rusiyanın “İsgəndər” operativ-taktiki raket kompleksləri sisteminə qarşı səmərəli müqavimət göstərmək imkanı verəcək.

Maçereviç, həmçinin əlavə edib ki, bu yaxınlarda Polşa “Homar” uzaq mənzilli raket sistemlərinin satışı üçün Amerika konserni olan “Lockheed Martin”lə anlaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
716 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...