"Böyük 20-lik" ölkələrinin sammiti başlayır

"Böyük 20-lik" ölkələrinin sammiti başlayır


Sabah Almaniyanın Hamburq şəhərində 2 gün davam edəcək "Böyük 20-lik" ölkələrinin görüşü keçiriləcək.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkelin rəhbərlik edəcəyi görüşdə ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və digər "Böyük 20-lik" ölkələri iştirak edəcək. Görüşdə Tramp prezidentlik müddəti ərzində ilk dəfə Putinlə qarşılaşacaq. Tramp-Merkel görüşü də diqqət mərkəzində olan məsələlərdəndir.

Zirvə görüşü ilə əlaqədar şəhərdə təhlükəsizlik maksimum həddə çatdırılıb. Terror ehtimalı və qloballaşma əleyhinə etirazların davam etdiyi şəhərdə polislərin sayı artırılıb.

Qeyd edək ki, etirazlar 2 iyulda başlayıb, növbəti günlərdə də davam edəcəyi, 100 min etirazçının 30 ayrı nümayiş keçirməsi gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
730 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...