Türkiyədə terror planlaşdıran 10 nəfər zərərsizləşdirilib

Türkiyədə terror planlaşdıran 10 nəfər zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri terror törətməyi planlaşdıran 10 terrorçunu zərərsizləşdirib, daha 4-ü isə hərbçilərə təslim olub. “Report” “ajanshaber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Onların 3-ü Türkiyənin Hakkari əyalətinin Çukurca rayonundakı hərbi hissəyə hücum etmək istəyərkən məhv ediliblər.

Məlumata görə, ölkənin Siirt əyalətinin Eruh rayonuda keçirilən antiterror əməıliyyatı nəticəsində 7 terrorçu havadan endirilən zərbələr nəticəsində məhv edilib.
İraqın şimalındakı terrorçuların sığınacaqlarından qaçan 4 terrorçu isə Türkiyənin Şırnak əyalətinin Silpi rayonunda hərbçilərə təslim olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
762 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...