Misir və İsrail arasında buzlar əriyir — Sisi Netanyahu ilə görüşdü

Misir və İsrail arasında buzlar əriyir —

Misirin prezidenti Sisi İsrailin baş naziri Benyamin Netanyahu ilə ilk dəfə ABŞ-da görüş keçirib. "Ölkə.Az" xəbər verir ki, bu barədə məlumatı Misirin prezident administrasiyası yayıb.

Məlumata əsasən, BMT-nin 72-ci Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edən Misir prezidenti iclasdan sonra İsrailin baş naziri ilə görüşüb. Tərəflər Fələstindəki sülh prosesini müzakirə ediblər. Görüşdə Misirin XİN rəhbəri Samih Şükri, kəşfiyyat rəisi Halid Fevzi və prezident administrasiyasının rəhbəri general Abbas Kamil də iştirak edib.

Sisi görüşdə iki dövlətli həll versiyasını dəstəklədiyini, Fələstin dövlətinin qurulması və iki tərəf arasında razılaşma prosesinin uğurla nəticələnməsi, tərəflərin yenidən görüşməsinin vacibliyini vurğulayıb.

Netanyahu isə Misirin Orta Şərqdəki rolu, terrora qarşı mübarizə və bölgədəki sabitliyin qorunması üçün atdığı addımlardan məmnun olduğunu qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
811 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...