Dağıstanın yeni başçısı qazaxdır – Putindən fərman

Dağıstanın yeni başçısı qazaxdır –

Rusiya prezidenti Vladimir Putin Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun istefasını qəbul edib. “RİA Novosti” bildirir ki, Dağıstan rəhbəri vəzifəsinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Vladimir Vasilyevə həvalə olunub. V. Vasilyev bu vəzifəni yeni rəhbərin təyinatına qədər icra edəcək.

Yeri gəlmişkən, V.Putin V.Vasilyevlə görüşüb. Prezident görüşdə qeyd edib ki, Dağıstan Rusiyanın ən əhəmiyyətli regionlarından biridir. "Bu, çox gözəl respublikadır və o gözəllik yalnız təbiətdə deyil, hər şeydən əvvəl, orada yaşayan insanlardadır", – deyə dövlət başçısı vurğulayıb.

"Bu illər ərzində Siz, necə deyərlər, ağır çəkili siyasətçi imici qazanmışınız. Siz – federal səviyyəli siyasətçisiniz və mənim fikrimcə, bu gün respublikaya məhz belə insan lazımlıdır", – deyə Rusiya prezidenti əlavə edib.

Strateq.az bildirir ki, V. Vasilyev 1949-cu ildə Moskva vilayətinin Klin şəhərində anadan olub. Atası qazax, anası rusdur. Valideynləri Əli Asanbayev müəllim, Nadejda Vasilyeva uşaq bağçasında tərbiyəçi olub.

Dövlət Dumasının vitse-spikeri olan Vasilyev 2004-2011-ci illərdə Dumanın təhlükəsizlik üzrə komitəsinin sədri olub. 1999-2001-ci illərdə Təhlükəsizlik Şurasının katibinin müavini vəzifəsini tutub. Polis general-polkovnikidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
846 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...