İrəvanda hərbi xidmətə getmək istəməyən tələbələrin etiraz aksiyası davam edir

İrəvanda hərbi xidmətə getmək istəməyən tələbələrin etiraz aksiyası davam edir

İrəvanda hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz edən tələbələrin aksiyası davam edir.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, İrəvan Dövlət Universitetinin əsas binasının qarşısında toplaşan etirazçılar dərslərdə iştirak etməkdən imtina edirlər.

Hazırda tələbələr sözügedən ali təhsil ocağının bütün korpuslarından keçməklə yürüş edirlər.

Aksiya artıq dörd gündür davam edir.

Qeyd edək ki, dünən tələbələr baş nazir Karen Karapetyan, müdafiə naziri Vigen Sarkisyan və təhsil naziri Levon Mkrtçyanla görüşüblər. Ermənistan Nazirlər Kabinetində keçirilən iki saatlıq görüş nəticəsiz qalıb.

Xatırladaq ki, Ermənistan parlamenti birinci oxunuşda “Hərbi xidmət haqqında” yeni qanun layihəsini qəbul edib. Sözügedən qanun layihəsi tələbələrin hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutur.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
41 dəfə oxundu
 


XƏBƏR LENTİ
FOTOSESSİYA

Рейтинг@Mail.ru
Loading...