Tbilisi beynəlxalq hava limanı partlayıcı təhlükəsinə görə bağlanıb, sərnişinlər təxliyyə olunub

Tbilisi beynəlxalq hava limanı partlayıcı təhlükəsinə görə bağlanıb,

Gürcüstan Daxili İşlər Nazirliyi Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında partlayıcı qurğu olması ehtimalı barədə məlumat yayıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, Nazirliyin məlumatında hazırda hava limanında lazımi axtarış-xilasetmə tədbirlərinin həyata keçirildiyi qeyd olunub.
Məlumatda bildirilib ki, “112” Çağrı Mərkəzinə olunan naməlum zəngin yalan olması axtarışın nəticələrindən sonra məlum olacaq.
*** 19:43

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında fövqəladə vəziyyət yaranıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın “Birinci kanal” televiziyası məlumat yayıb.
Naməlum şəxs aeroportda təhlükəli çanta olması barədə “112” Çağrı Mərkəzinə zəng edib.
Hava limanındakı sərnişinlər təxliyyə olunublar, başqa ölkələrdən və şəhərlərdən gələn sərnişinləri təyyarələrdən kənara buraxmırlar.
Aeroportun ərazisində partlayıcı qurğu axtarılır.
Hadisə yerində polis təhqiqat aparır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
875 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...