Xorvatiyalı general Haaqa Tribunalının qərarından sonra zəhər içib

Xorvatiyalı general Haaqa Tribunalının qərarından sonra zəhər içib

Haaqada Beynəlxalq Tribunalın apellyasiya komissiyasının keçmiş Yuqoslaviya üzrə iclasında qərar açıqlandıqdan sonra xorvat general Slobodan Pralyak zəhər içib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, məhkəmə hökmünün qüvvədə qaldığını öyrənən S. Pralyak hakimə zəhər qəbul etdiyini bildirib.

S. Pralyak məhkəmənin qərarından sonra stəkandakı mayeni içib. Vəkili stəkanda zəhər olduğunu təsdiqləyib. Hakim dərhal məhkəməni bağlı elan edib. S. Pralyakın sağlıq durumu haqqında məlumat verilmir.

Qeyd edək ki, S. Pralyak 2013-cü ildə hərbi cinayətlərə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
861 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...