Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq

Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq

ABŞ-ın "Wall Street Journal" qəzeti prezident Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımağa hazırlaşması barədə məlumat yayıb.

Qaynarinfo xəbər verir ki, qərardan sonra ABŞ səfirliyi 6 ay sonra Tel-Əvivdən Qüdsə köçürüləcək. Qeyd edək ki, Qüds İsrail və Fələstin dövləti arasında mübahisəli bölgə hesab edilir. Fələstin dövləti də 1967-ci ildə İsrailin tərkibinə keçən Qüdsü paytaxtı elan etməyə iddialıdır.

Trampın bu qərarı fələstinlilər tərəfindən narazılıqla qarşılanıb və etiraz aksiyasının keçirilməsi planlaşdırılır. Donald Tramp seçki kampaniyası dövründə Qüdsü İsrailin paytaxtı kimi tanımağı vəd etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
807 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...