“Saakaşvili Rusiyadan 500 min dollar alıb” - Ukraynanın baş prokuroru:

“Saakaşvili Rusiyadan 500 min dollar alıb” -

“Əməliyyat-axtarış tədbirləri nəticəsində bəzi siyasətçilərin, ilk növbədə, Mixeil Saakaşvilinin Yanukoviçin (Rusiyada yaşayan Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç - “Report”), o cümlədən Sergey Kurçenkonun mütəşəkkil cinayətkar dəstəsi ilə əməkdaşlıq etməsinə dair faktlar aşkarlanıb”.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Ukraynanın baş prokuroru Yuri Lutsenko dekabrın 5-də Kiyevdə keçirdiyi brifinqdə bildirib.

O, cinayət işi üzrə bəzi detalları da açıqlayıb: “Ukrayna vətəndaşı Severino Denqadze Saakaşvilinin razılığı ilə Sergey Kurçenkonun hələ gizlənən etibarlı nümayəndəsi ilə görüşüb və keçmiş qubernatorun davamlı maliyyələşdirilməsi qarşılığında mütəşəkkil cinayətkar qruplaşmanın marağına işləyəcəyini vəd verib. Biz Saakaşvilinin Rusiyadan 500 min dollar aldığını müəyyənləşdirmişik”.

Y.Lutsenkonun sözlərinə görə, “Yeni Qüvvələr Hərəkatı”nın lideri M.Saakaşvili barəsində Cinayət Məcəlləsinin cinayətkar təşkilatlara dəstək vermək maddəsi ilə cinayət işi açılacaq: “Hazırda onun ekstradisiyasından deyil, istintaqından söz gedir. Biz onun gecə-gündüz ev dustaqlığında qalması ilə bağlı vəsatət qaldıracağıq”.

Baş prokuror deyib ki, S.Danqadzeyə qarşı isə dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanılacaq.

Məlumata görə, tərəfdarları Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşlarının M.Saakaşvilini həbs etməsinə imkan verməyiblər və o, sərbəst buraxılıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
349 dəfə oxundu
 


XƏBƏR LENTİ
FOTOSESSİYA

Köşə
Qurd totemli türklər -
Yusif Alı Afşar - Fəlsəfə doktoru, dosent ...
Рейтинг@Mail.ru
Loading...