“Mən onu baş prokuror kimi tanımıram” – Saakaşvili müstəntiqləri çadırına dəvət etdi

“Mən onu baş prokuror kimi tanımıram” –

Ukraynada axtarışa verilmiş sabiq Odessa qubernatoru Mixail Saakaşvili müstəntiqləri Ali Rada qarşısında qurduğu çadır şəhərciyinə dəvət edib.

Avropa.info xəbər verir ki, Kiyev mərkəzində mitinqdə çıxış edən siyasətçi ifadə vermək üçün Ukrayna baş prokuroru Yuri Lutsenkonun yanına getməyə hazırlaşmır. Saakaşvili baş prokuroru iki qiyməti alan şagirdlə müqayisə edərək, onu prokuror kimi tanımadığını bildirib.

“Bu adamın hüquq haqda anlayışı belə yoxdur. Hüquq fakültəsinin ikinci kurs tələbələri özün baş prokuror adlandıran bu adamdan çox bilir” – Gürcüstanın sabiq prezidenti belə deyib.

Qeyd edək ki, baş prokuror Lutsenko Sakaşvilini dövlət çevrilişi etmək və hakimiyyəti ələ keçirməkdə ittiham edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
784 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...