Saakaşvili Hollandiyaya getmək üçün sənədlər alıb

Saakaşvili Hollandiyaya getmək üçün sənədlər alıb

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Hollandiyaya getmək üçün sənəd paketi alıb.

Bu barədə "RBK-Ukrayna"ya Ukraynanın hakim koalisiyasındakı mənbə məlumat verib.

Məlumata görə, dekabrın 11-də istintaq təcridxanasından çıxdıqdan sonra M.Saakaşvili Hollandiya səfirliyinə gedib və orada bu ölkəyə getməyə imkan verən sənədlər paketini alıb.

"Gördüyünüz kimi, o, bunu etmədi. Ona qarşı güc tətbiq edilməsi planlaşdırılmır. Hazırda onun Ukraynada olmasının qanuniliyi üzrə hüquqi prosedur aparılır. Proses yanvar ayının ortalarından tez bitməyəcək", - mənbə bildirib.

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidentinin həyat yoldaşı Sandra Rulofs əslən Hollandiyadandır.("Report")



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
799 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...