Türkiyədə aviareyslər təxirə salındı - Duman gəlib

Türkiyədə aviareyslər təxirə salındı -

Türkiyənin şərqindəki İğdır vilayətində daxili aviareyslər təxirə salınıb. Trend-in məlumatına görə, bu qərara sıx dumanın davam etməsi səbəb olub. Aviareyslərin nə vaxt bərpa olunacağı barədə hələlik məlumat verilməyib. Məlumata görə, hazırda İğdır vilayətində görüntü məsafəsi 20 metrdən aşağıdır.

Qeyd edək ki, bu gün səhər saatlarında Ağrı vilayətində sıx duman səbəbi ilə baş vermiş qəzada 5 nəfər həlak olmuş, 12 nəfər xəsarət almışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
848 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...