İstanbulda kriminal klanların “müharibə”si davam edir – Çeçenlərə qarşı

İstanbulda kriminal klanların “müharibə”si davam edir –

İstanbulda güllələnən çeçen əsilli “qanuni-oğru” David Alxanişvili (Dato Pankiski) qətlinin arxasında kriminal aləmin lideri Şakro Molodoyun adamlarından biri dayana bilər.
Avropa.info xəbər verir ki, türk polisinin məlumatına görə, kriminal aləmdə tanınmış “qanuni-oğru” Tariel Onianinin çevrəsinə daxil olan, Gürcüstan vətəndaşı, 36 yaşlı kriminal avtoritet David Alxanişvili (Taro) 22 dekabrda İstanbul restoranlarının birinin yaxınlığında güllələnib.

David Alxanişvili (Dato Pankiski)
Alxanişvili restoranda olarkən onun mobil telefonuna zəng gəlib, küçəyə çıxmasını istəyiblər. Küçəyə çıxan “qanuni-oğru”ya restoran yaxınlığında naməlum şəxs tərəfindən tapançadan bir neçə dəfə atəş açılıb, cani gizlənib. Hadisə yerinə gələn tibb işçiləri Alxanişvilinin həyatını xilas edə bilməyiblər. Xəstəxanaya aparılarkən təcili tibbi yardım maşınında keçinib. İstanbul polisinin məlumatında belə deyilir.
“Life” portalının fikrini soruşduğu ekspertlər hesab edir ki, Alxanişvilinin qətli Tariel Oniani (Taro) və Zaxari Kalaşov arasında uzun müddətdir davam edən kriminal “razborka”ların nəticəsidir.
“Öldürülən Dato Pankiski Şakro Moldoyun klanı ilə çoxdan bəri ədavəti olan Tariel Onianinin klanına məxsusdur. Datonun qətli Şakronun qardaşı oğluna olan sui-qəsdin qisası ola bilər. Dato Ozmanov (Dato Krasnodarski) 2011-ci ildə Belçikada öldürülüb – “Life”a müsahibə verən ekspert belə deyib.

Zaxari Kalaşov (Şakro Molodoy)
Onun sözlərinə görə, sui-qəsd zamanı Dator Krasnodarski üzündən və başından olmaqla çoxlu bıçaq yarası almışdı. Deyilənə görə, Dato Pankiski Şakronun qardaşı oğluna edilən hücuma nəzarət edib. Belçikadakı hücumdan sonra Dato Karasnodarski sağ qalmışdı və uzun müddət müalicə almışdı.
Dato Krasnodarskiyə edilən hücumun təşkilatçısı və iştirakçılarına əmisi Şakro Molodoy 2011-ci ildə ölüm hökmü çıxarmışdı.
İstanbulda kriminal klanların “müharibə”si davam edir –
İstanbulda kriminal klanların “müharibə”si davam edir –

Qeyd edək ki, bir neçə ay əvvəl Türkiyədə Tariel Onianinin klanından olan Kutaisi “qanuni-oğru”su Qoçu Alpaidzeni (Alfason) güllələmişdilər. Şakro ilə onun arasında ədavət vardı . Çünki Şakrounun qardaşı oğluna qarşı hücumda əli onun barmağının olduğuna inanırdı.
Rusiya hüquq-mühafizə orqanları ehtimal edirlər ki, Türkiyədə baş verən sonuncu sui-qəsdlərin arxasında hal-hazırda rüşvət və reket cinayətlərinə görə “Lefortovo” həbsxanasında olan “qanuni-oğru” Şakro Molodoy dayanır.
“Həbs Şakro Molodoya qətllər sifariş verməyə mane olmur” – Rusiya DİN-dəki mənbə belə deyib.
Tariel Oniani 2013-cü ildə qətlə yetirilən “qanuni-oğru” Aslan Usoyanın (Ded Xasan) qətlinin təşkilndə şübhəli sayılan şəxslərin başında gəlir. Ded Xasan 2013-cü ilin yanvarında Moskvada “Starıy fayton” restoranı yaxınlığında güllələnmişdi.
Hesab olunur ki, Tariel Oniani və Aslan Usoyan arasında münaqişə 90-cı illərin ortalarında, Rusiyada, keçmiş SSRİ məkanında və Qərbi Avropada cinayətkar aləmin maraq dairələrinin bölünməsi zamanı ortaya çıxıb.
Əvvəllər Xasan və Oniani öz aralarında olan mübahisəli məsələləri “sxodka”lar vasitəsilə həll edirdilər. Sonra münaqişə sifarişli qətllər fazasına keçdi. Əvvəlcə nüfuzlu şəxslər, daha sonra “qanuni-oğru”lar təmizlənməyə başlandı. Münaqişənin katalizatorlarından biri də Ded Xasanın tərəfdarı Vyaçeslav İvankova (Yaponçik) 2009-ci ildə təşkil olunan sui-qəsd olmuşdu. Naməlum şəxs kriminal avtoriteti Moskvada “Tayski salon” restoranının çıxışında güllələmişdi. Snayper Yaponçiki qarnından vurmuşdu.
İvankovu əməliyyat olunduğu xəstəxanaya çatdırmışdılar. Vyaçeslav İvankov aldığı yaralardan 9 oktyabr 2009-cu ildə keçinmişdi.
Rusiya DİN-də hesab edirlər ki, Yaponçikin qətlinin təşkilatçısı Tariel Onianidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1912 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...