Rusiyada benzin və dizel yanacağının aksizləri bahalaşıb

Rusiyada benzin və dizel yanacağının aksizləri bahalaşıb

Rusiyada 2018-ci ilin 1 yanvarından 5-ci dərəcəli avtomobil benzini və dizel yanacağının aksiz (çox işlənən malların üzərinə qoyulan vergi) payları bahalaşıb. "Report"un məlumatına görə, bu barədə "İnterfaks" xəbər verib.

Qeyd edilir ki, 5-ci dərəcəli benzinin payı 2017-ci illə müqayisədə 10,7% artıb və bir tonun qiyməti 11,213 min rubl təşkil edəcək. Dizel yanacağı aksizinin payı 12,7% - 7,665 min rubla qədər bahalaşıb. Yanacağın bu növlərinin pay artımının ikinci mərhələsi 2018-ci ilin 1 iyulunda nəzərdə tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
775 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...