General Əli Şamxani: “İranda etirazlar bir neçə günə sakitləşəcək”

General Əli Şamxani: “İranda etirazlar bir neçə günə sakitləşəcək”

İran hakimiyyəti Tehranda və ölkənin digər şəhərlərində baş qaldırmış etirazlarla bağlı narahatçılıq keçirmir. Virtualaz.org xəbər verir ki, bunu İranın milli təhlükəsizlik üzrə Ali şurasının katibi, general Əli Şamxani Livanın “Al-Mayadin” telekanalına müsahibəsində deyib.

General bildirib ki, etiraz aksiyaları iran xalqının bir hissəsinin ölkədəki iqtisadi vəziyyətlə bağlı narazılığı nəticəsində başlayıb. “İranın dirçəlməsini əngəlləmək, ona daxildən zərbə vurmaq istəyən qüvvələr isə bundan istifadə etməyə çalışır”-Şamxani əlavə edib. Onun sözlərinə görə, İranda hazırda baş verənlər “bir neçə günə” sakitləşəcək.

General Əli Şamxani: “İranda etirazlar bir neçə günə sakitləşəcək”


Telekanal xəbər verir ki, İranın xüsusi təyinatlı asayiş qüvvələri Tehranın mərkəzi meydan və prospektlərində gücləndirilmiş patrul xidməti həyata keçirir. Bununla belə ötən gecə də şəhərdə etirazçılarla polis arasında toqquşmalar olub, polis avtomobilləri yandırılıb.

“Al Arabia” telekanalının bildirdiyinə görə İranda artıq altıncı gündür davam edən etirazlarda ölənlərin sayı 20-yə çatıb. Bunlardan 17-i nümayişçi, 3-ü asayiş keşikçiləridir. İran dövlət televiziyasının xəbərinə görə İsfahanda və Nəcəfabadda nümayişçilər ov tüfəngi ilə polislərə atəş açıb, nəticədə ölənlər və yaralananlar olub. İsfahan əyalətinin Gahdreqan şəhərində nümayişçilər yerli meriya binasını tutmağa çalışıb, bu zaman təhlükəsizlik qüvvələri onlara atəş açıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
828 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...