İranda “İnstagram”qadağası götürüldü

İranda “İnstagram”qadağası götürüldü

İran hökuməti “İnstagram” sosial şəbəkəsinə tətbiq etdiyi məhdudiyyəti aradan qaldırıb. “Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əlirza Rəhimi bildirib.

Qeyd edək ki, ölkədə keçirilən etiraz aksiyalarına görə hökumət “İnstagram” və digər sosial şəbəkələrə məhdudiyyət qoymuşdu.

Ə.Rəhimi bir neçə gün əvvəl “Telegram” və “İnstagram” sosial şəbəkələrinə qoyulan mədhidiyyətin müvəqqəti olduğunu və yanvarın 5-də aradan qaldırılacağını söyləmişdi.

Xatırladaq ki, 2017-ci il dekabrın 28-də İranda başlayan etiraz aksiyaları yanvarın 2-dək dava edib. Aksiyalar zamanı baş verən toqquşmalarda 20-dən çox şəxs öldürülüb, 500-ə yaxın iştirakçı həbs olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
805 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...