Səudiyyə şahzadəsinin 5 minlik ordusu - FOTO

Səudiyyə şahzadəsinin 5 minlik ordusu -

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın nəzarətində “Əl-Saif Əl-Əcrab” adlı xüsusi təlim görmüş ordu yaradılıb.

Axar.az xəbər verir ki, Ər-Riyad şahzadələrin korrupsiya ilə bağlı kütləvi həbsləri zamanı da əməliyyatlarda məhz bu ordudan istifadə edib.

Məlumata görə, 2015-ci ildə kralın əmri ilə qurulan 5000 nəfərlik briqada yalnız vəliəhdə tabedir və onun əmrləri ilə hərəkət edir. Orduya qoşulmaq istəyənlər yalnız yüksək səviyyəli hərbi təlimləri başa vurduqdan sonra buna haqq qazanırlar.

Ordunun adı tarixdəki ikinci Səud dövlətinin qurucusunun qılıncının adından götürülüb. “Əl-Saif Əl-Əcrab” “qılıncdan keçirilmişlərin qanı ilə paslanmış qılınc” kimi tərcümə edilib.


Səudiyyə şahzadəsinin 5 minlik ordusu -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1055 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...