Almaniya Rusiyanın ən qorxunc silahının adını açıqladı

Almaniya Rusiyanın ən qorxunc silahının adını açıqladı

Rusiyada istehsal edilən "Sirkon" raket gəmi kompleksi müxtəlif ölkələrin gəmilərinə, o cümlədən ABŞ-ın aviadaşıyıcılarına real təhlükədir. Bu barədə "Stern" qəzeti yazıb. Məqalədə Rusiyanın müasir S-500 zenit sistemləri və "Kalibr" qanadlı raketləri ilə təchiz olunması planlaşdırılan "Admiral Naximov" və "Böyük Pyotr" xətt kresyerlərinin modernləşdirilməsindən bəhs olunur.

Bununla belə, "Stern" hesab edir ki, bu gəmilərin əsas silahı "Sirkon" 3M22 hipersəsli qanadlı raketləri olacaq.

Bu raketlərin sürəti səs sürətini 6 dəfə üstələyə və təqribən 600 km-dək məsafəni qət edə bilir.(Trend)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
709 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...