Bərzani yenə Türkiyəyə qarşı: Peşmərgə Afrinə göndərilir

Bərzani yenə Türkiyəyə qarşı:

İraq Kürd Muxtariyyəti Afrindəki kürdlərə Türkiyə ilə mübarizə aparmaq üçün yardım etməyə hazırdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İraq Kürd Muxtariyyətinin hakim Kürdüstan Vətəndaş Birliyi Partiyasının rəsmi nümayəndəsi Mala Bəxtiyar söyləyib. Onun sözlərinə görə, muxtariyyət Afrinə hərbi birləşmələrini göndərməyə hazırdır:

“Region ölkələri o cümlədən Türkiyə bizim mövqeyimizi bilir. Əgər bacarsaq, biz Afrinə dəstəyə hazırıq. Əgər onlar izn versələr, biz oraya qüvvələrimizi göndərəcəyik. Hərbi birləşmələrimizi göndərməzdən əvvəl isə biz nümayəndələrimizi Ankaraya göndərəcəyik. Biz müharibədə dialoqa üstünlük veririk”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
818 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...