Yaponiya qripə yoluxdu - 3 milyon adam xəstədir

Yaponiya qripə yoluxdu -

Yaponiyada qrip xəstəliyi artmaqda davam edir.

Trend-in məlumatına görə, bu həftənin əvvəlinə ölkədə qripə yoluxan pasiyentlərin sayı 2,83 milyon nəfərə çatıb. Bu, ötən həftə ilə müqayisədə xəstələrin sayının 1 milyon nəfər artması deməkdir.

Hazırda orta hesabla bir həkimə qripə yoluxmuş 52 pasiyent düşür ki, bu da 1999-cu ildən aparılan müvafiq statistikaya əsasən rekord rəqəmdir.

Daha mürəkkəb vəziyyət Küsü adasının cənub-qərbində qeydə alınıb. Burada hər həkim 80 xəstəni müayinə etməlidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
792 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...