Afrində 394 terrorçu məhv edilib

Afrində 394 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı zamanı zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.

Modern.az xəbər verir ki, bu haqda Baş Qərargah məlumat yayıb. Bildirilib ki, indiyədək 394 terrorçu zərərsizləşdirilib, hava qüvvələrinin təyyarələri terror təşkilatlarına məxsus 340 hədəfi məhv edib. "Zeytun budağı" əməliyyatının uğurla davam etdiyi bildirilir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb.

"Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
758 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...