ASELSAN-dan yeni ixtira – Bu sistem türk tanklarını toxunulmaz edəcək

ASELSAN-dan yeni ixtira –

Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN tank əleyhinə raketi aşkar edib tank heyətinə xəbərdarlıq edən LİAS sistemi istehsal edib.

Avropa.info xəbər verir ki, lazer xəbərdarlıq qəbuledici sistemi olan LİAS bərkidildiyi platformalara qarşı istiqamətlənmiş lazer təhdidlərini qısa vaxt ərzində yüksək effektivliklə aşkarlayaraq müəyyən etməyi, əks-tədbirləri işə salmağı bacaran sistemdir.

Sistem fərqli optik diapazonlarda fəaliyyət göstərən Lazer Məsafə Ölçən (LRF), Lazer Hədəf İşarələyən (LD) və Lazer Şüası (LBR) təhlükəsinə qarşı əks-tədbir görmək qabiliyyətinə malikdir.

LİAS 1 ədəd Prosessor Bloku və platforma üzərinə yerləşdirilən və hər biri 90º üfüqi ox bucağı, ± 40º şaquli ox görüş bucağına sahib ən az 4 ədəd Sensor Blokundan formalaşıb. Platforma ölçüsündən asılı olaraq Sensor Blokunun sayı 8 ədədə qədər artırıla bilər.

Sensor Bloku detektor və fərqli optik zolaqları aşkarlamaq üçün nəzərdə tutulmuş elektron detektordan ibarətdir. Sensor bloku lazer təhdidindən gələn parametrləri aşkarlayır və bu siqnallara məxsus parametrləri Prosessor Blokuna ötürür.

Prosessor Bloku informasiyanı qeydə alan qurğulardan elektron müharibənin baş kompüterinə ötürən, təhlükə haqda informasiyanı qiymətləndirən, ayırd edən sistemdir. Prosessor Bloku həmçinin platformada mümkün olan əks-tədbirlər sistemini işə salmaq qabiliyyətinə malikdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
865 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...