Səudiyyə Ərəbistanında kinoteatrlar 30 illik qadağadan sonra fəaliyyətə başlayıb

Səudiyyə Ərəbistanında kinoteatrlar 30 illik qadağadan sonra fəaliyyətə başlayıb

Səudiyyə Ərəbistanının Mədəniyyət və İnformasiya Nazirliyi 30 illik qadağadan sonra martın 1-dən etibarən kinoteatrlara fəaliyyətin bərpası üçün lisenziyalar verməyə başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında kinoteatrların fəaliyyətinə qadağa 1980-ci illərin əvvəlindən qoyulub. Ölkə vətəndaşları kinoya baxmaq üçün əsasən Bəhreynə üz tuturdular.

Məlumata görə, ölkədə 2030-cu ilədək 300-dən çox kinoteatr şəbəkəsinin fəaliyyət göstərəcəyi planlaşdırılıb. Filmlərin ciddi senzuradan keçiriləcəyi gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
862 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...