Kreml Londonun ultimatumuna cavab verib

Kreml Londonun ultimatumuna cavab verib

Kreml Londonun ultimatumuna cavab verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov ölkəsinin Sergey Skripalın zəhərlənməsinin təhqiqatı ilə məşğul olmayacağını açıqlayıb:

"Lakin Moskva təhqiqata kömək etməyə hazırdır. Bu işlə bağlı Rusiya ünvanına ittihamlar məntiqə ziddir", - deyə o vurğulayıb.

D. Peskov Kremlin Böyük Britaniyanın Sergey Skripalın zəhərlənməsi ilə bağlı Rusiyanın ünvanına səsləndirdiyi ittihamları qəbul etmədiyini söyləyib: "Rusiyanın mövqeyi məlumdur. Bu mövqe ondan ibarətdir ki, Moskvanın Sergey Skripalın zəhərlənməsi ilə heç bir əlaqəsi yoxdur. Moskva sözdə, sübutsuz ittihamları və ultimatum dilini qəbul etmir. Bu mövqeyimiz Londona çatdırılıb".

"Moskvanın Sergey Skripalın zəhərlənməsi ilə bağlı hansı versiyası var?" sualına isə Kremlin sözçüsü belə cavab verib: "Bu, bizim işimiz deyil. Hansısa versiyanı səsləndirmək, xüsusən də Kreml tərəfindən...Ona görə ki, Kreml Rusiya ərazisində baş verməyən bu məsələnin təhqiqatı ilə məşğul olmur. Bununla belə, Rusiya Britaniyanın istintaq orqanlarına yardım etməyə hazırdır. Lakin təəssüflər olsun ki, britaniyalılar buna qarşılıq vermirlər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
746 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...