Türkiyə ordusu və ASO Afrinin 8 kəndini azad etdi - Son dəqiqə

Türkiyə ordusu və ASO Afrinin 8 kəndini azad etdi -

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu daha 8 kəndi terrorçulardan azad edib. Avropa.info xəbər verir ki, son olaraq Afrinin Kori Qul, Şadir, Çolağan, Göz, Marratah, Şatiyan, Yuxarı Kaferdel və Kuran kəndləri YPG/PKK və İŞİD terrorçularından təmizlənib.

Əməliyyat çərçivəsində 684 və 717 saylı təpələr də terror təşkilatından azad olunub. TSQ ə ASO-nun nəzarətə götürdüyü kəndlərin sayı 190-a çatıb. Bundan əlavə 39 strateji nöqtə azad ələ keçirilib.

Mabatlı xaric bütün mahal mərkəzləri TSQ və ASO-nun nəzarətindədir.

YPG/PKK terrorçularının əsas anbar və müdafiə xətləri Afrinin region mərkəzində yerləşir. Mülki əhalinin şəhərdən çıxmasının qarşısını almağa çalışan terrorçular əhalinin Əsəd rejimi və müxalifətin əlindəki ərazilərə getməsinə mane olurlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
736 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...