Yaponiya Çindən izahat istədi: Kim Çen Pekinə niyə gedib?

Yaponiya Çindən izahat istədi:

Rəsmi Pekin Şimali Koreya lideri Kim Çen İnin Çinə səfərinə aydınlıq gətirməlidir.

Axar.az xəbər verir ki, bu sözlərlə Yaponiyanın Baş naziri Şinzo Abe parlamentdə çıxış edib.

“Çinin məsələni hərtərəfli izah etməsini istərdik. Yaponiya bu səfərlə bağlı gələn bütün məlumatları diqqətlə təhlil etməyə hazırlaşır”, - Abe deyib.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İn hakimiyyətdə olduğu dövrdə ilk dəfə xarici ölkəyə - Çinə səfər edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
707 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...